Şirkət haqqında

Şirkət 1998-ci ildən fəaliyyət göstərir. “AER Company Group” MMC olaraq məhsullarını “AER” ticarət nişanı altında müştərilərinə təqdim edir. Dondurma istehsalı ilə məşğul olan aparıcı müəssisə kimi Keyfiyyət və Ərzaq təhlükəsizliyi məsələlərinə ciddi və məsuliyyətlə yanaşırıq. İstehsal etdiyimiz məhsulların müştərilərimizin tələblərinə tam cavab verməsi və eyni zamanda təhlükəsiz olması bizim üçün ən mühüm məsələdir.

Fəaliyyətimiz aşağıdakıların üzərində qurulub:

  • Texnoloji prosesin daim təkmilləşdirilməsi və infrastrukturun yaxşılaş-dırılması;
  • Ərzaq təhlükəsizliyini təmin etmək üçün xammalın qəbulundan hazır məhsulun istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə nəzarət sisteminin və gigiyena qaydalarına riayət edilməsinin təmin olunması;
  • Məhsulların çeşidinin bazarın tələblərinə uyğun genişləndirilməsi;
  • Təchizatçıların seçimi zamanı xammalın təhlükəsizlik meyarlarının nəzərə alınması;
  • Müştərilərimizın tələblərini daha dolğun cavablandırmaq və fəaliyyət göstərdiyimiz qida sektorunda mövqeyimizi daha da möhkəmləndirmək;
  • Tətbiq edilən Keyfiyyət və Ərzaq təhlükəsizliyi sistemlərinin daim təkmilləşdirilməsi.

Müəssisədə istehsal olunan məhsullar Bakı və Sumqayıt şəhərləri ilə yanaşı respublikanın əksər bölgələrində və bir neçə xarici ölkədə satılır. Bakı şəhəri, M.Hadi 21 ünvanında şirkətə məxsus dondurma dükanı mövcuddur. 

İstehsal zamanı xammal olaraq təbii süd işləndiyi üçün məhsulumuz daha yüksək dad və ətrə malikdir.

www.aer.az | Copyright © 1998-2019 All Rights Reserved